7.04.2021

Şeyx Süleyman həddadidirmi? (Özünün başına gələn hadisəni danışır, Allah onu qorusun)

 "Müsəlman olan kəs elmi alimlərdən tələb etdiyi və onlardan faydalandığı müddətcə xeyir içində olacaqdır. Sən Mədinədə özlərinin elm tələbəsi olduğunu iddia edən bəzi kəslərin burdakı 60-70 yaşlı alimlərdən elm öyrənmədiklərini gördükdə çox təəccüblənirsən. Allahdan istəyirik ki, o alimlərin ömrünü Özünə itaətdə uzatsın, onları gücləndirsin, elmləri ilə tələbələri faydalandırsın! Lakin onlar yaşlıdırlar,

məlumdur ki, Muhammədin ümmətini ömrü 60-70  arasındadır (Allahın ona salamı və salavatı olsun) və az insanlar bundan daha çox yaşayır. Lakin bununla yanaşı onlar bu alimlərdən elm öyrənmirlər və bununla yanaşı iddia edirlər ki, onlar elm öyrənənlərdilər. O kəslərdən biri şeyxlərdən birinin yanına getdiyi zaman məkrli bir sual verirlər. O şeyxə başqa bir şeyx barəsində onun demədiyi bir şeyi çatdırırlar. Şeyxdən faydalanmaq əvəzinə gedib ona deyir ki, "belə-belə şeylər" barəsində sənin rəyin nədir? Şeyx isə onlardan eşitdiklərinə, ona çatdırılanlara əsasən deyir ki, "bu batildir". Sonra da onlar gedib orda-burda donquldanırlar ki, "filan şeyxlə görüşdük, filan şeyxdən çəkindirdi, onun barəsində belə-belə dedi". Həqiqət də isə onlar yalançıdırlar. 


İndi təfsilata varmadan bir hadisəni zikr edəcəyəm. O kəslərdən biri mənim sözlərindən bir şeylər götürüb, kəsib-doğruyub hörmətli şeyxlərimizdən bir şeyxin yanına gedib belə dedi: "Ay şeyx, belə-belə deyən kəs barədə rəyin nədir?" Şeyx də eşidiklərinə əsasən belə dedi: "Bu həddadilərin sözüdür". Bu miskin də gəlib deyir ki, "filan şeyx şeyx Süleyman barəsində deyir ki, o, həddadidir". Elm tələbələrindən də biri həmin şeyxin yanına getdi və dedi ki, "ay şeyx, filankəs deyir ki, sən demisən ki, şeyx Süleyman həddadilərin sözünü deyir". Şeyx bu zaman qəzəbləndi. Sonra şeyx belə dedi: "Allah onu xeyirlə mükafatlandırsın, şeyx Süleymandan faydalanın!"


Ey qardaşlarım, sözümün canı budur ki, bu kəslər alimlərdən faydalanmırlar. Alimlər bir xəzinədir. Alimi hansı tərəfə çevirsən o tərəfindən xeyir tapırsan. Lakin bəzi insanlar haqqın, xeyirin xəzinələrini axtarmırlar. Onlar ancaq fitnə axtarırlar və ya ümmətə xeyir qapısı açmayan və ya düşmənlərin mətanətini sındırmayan işləri axtarırlar.


Mən deyirəm ki, o kəslər Allaha tövbə etməlidir! Onlar özlərinə və ümmətə xeyir verən kəslər olana kimi alimlərə qayıdıb onlardan öyrənməlidir!


Tərcümə : Tural Rəcəbli Yoxladı : Seymur Camal (selef.info)