8.04.2021

Şeyx ibn Useymin "ahir" (əxlaqsız, pozğun) qadın barədə danışır ( Allah şeyxə rəhmət etsin )

 Şeyx ibn Useymin ( Allah ona rəhmət etsin ) Quran ayəsini şərh edərkən, əxlaqsız və pozğun qadınlar barədə “ahir" kəlməsini istifadə edir. Bu isə onu göstərir ki, “ahir” kəlməsi yalnız zina mənasını vermir.

 Şeyx buyurur: َ”Qadın əgər örtülü və hicablı olarsa, bu onun iffətinin kamil olmasına dəlalət edər. Belə qadın özü haqda şübhə və şəkk doğuracaq işləri görmək istəməz. Halbuki, "ahir " əxlaqsız, pozğun qadın isə -Allaha sıgınırıq- açıq saçıq geyinir, üzünü,əllərini, qollarını,  bər-bəzəyini və ona oxşar olan yerlərini açıqda qoyar. Əgər qadın hicablı olarsa, deməli onun iffətli olması bilinər və buna görə də, Uca Allah buyurur: “ bu onların tanınması üçün yaxın olanıdır”. Əgər qadın örtülü iffətli olarsa, fasiqlər ona toxunmazlar, yaxın durmazlar, çünkü onlar bilirlər ki, həqiqətən o qadın özlərinə uygun birisi deyil. O qadın öz nəfsini qoruyan, iffətli birisidir.


Tərcümə: Elxan Əbu Ömər
Yoxladı: Seymur Camal (selef.info)