28.03.2021

Fitnələr barədə hədis və şərhi, izahı - Şeyx Albani (Allah ona rəhmət eləsin)

 Şəddəd ibn Avs və Səvbən (Allah hər ikisindən razı olsun) rəvayət etmişlər ki, Rasullah (Allahın ona salamı və salavatı olsun) belə demişdir: 


"Allah yer üzünü mənim üçün büküb göstərdi, mən də onun məşriqini də, məğribini də gördüm. Ümmətimin mülkü mənə göstərilən hər yerə çatacaqdır. Mənə qırmızı və ağ olan iki xəzinə verildi. Ümmətim üçün Rəbbimdən istədim ki, onları ümumi bir quraqlıqla məhv etməsin, özlərindən olmayan düşmənləri onların üzərinə musallat edib, onların əlinə verməsin. Rəbbim mənə dedi:

Mən bir hökm verdikdə, o geri qaytarılmır. Sənin ümmətinə bunları verdim; onları ümumi bir quraqlıqla həlak etməyəcəm və özlərindən olmayan düşməni üzərlərinə salıb, onları düşmənlərinin əlinə verməyəcəm, hətta hər tərəfdən onların üzərlərinə toplaşsalar da belə. Amma onlar özləri-özlərini həlak edib, əsir götürəcəklər."


[ Hədisi Muslim, Əbu Davud, Tirmizi, ibn Məcə və Əhməd rəvayət edib.

Albani "Silsilə sahihə" hədis №2.]


__

Şərh:


Yer üzünün Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) üçün bükülməsi açıq-aydın möcüzələrdəndir. 

Ağ və qırmızı xəzinə Kisra və Qeysərin mülkləridir, çünki birincilərdə əsas pul dinar, ikincilərdə isə dirhəm idi.

Həqiqətdə də İslam dini şimal və cənubdan daha çox gün doğan və gün batan tərəflərə yayılmışdır. 

"Mən hökm verdikdə geri qaytarılmır" sözü qədərilərin bellərini qıran ən böyük dəlillərdəndir. Çünki onlar qədəri inkar edir və deyirlər ki, Allah təalə hadisələr baş vürdikdən sonra ondan xəbər tutur. Allah onların dediklərindən uzaq və ucadır.


Həmçinin hədisdə bu ümmət üçün keçən müjdələrdən:

Bu ümmətin mülkünün yayılması, ümumi quraqlıqla həlak olunmaması, böyük imperiyaların bu ümmət qarşısında diz çökməsi (bu artıq baş vermişdir), düşmənıərin bu ümmət üzərində hakim olmaması.

_____

Tərcümə: Tural Yusubov


https://telegram.me/ImamAlbani