16.11.2020



 1) Üç əsas kitabı (tərc. Elxan əbu Ömər Qəzvini)

PDF formasında yüklə: bura daxil ol.

Üç əsas (Pdf yüklə)



Üç əsas kitabı

Müəllif: Şeyx Muhamməd ibn Süleyman

Tərcümə: Elxan Əbu Ömər əl-Qəzvini

Yoxladı: Seymur Camal

بسم االله الرحمن الرحیم 

Əziz və möhtərəm müsəlman! Bu risalə əsrimizə yaxın yaşamış və İslam dinini dirçəltmiş böyük alim, Muhəmməd ibn AbdulVahhab ət-Təmiminin risalələrindən biridir. Müəllif bu risalədə hər bir müsəlmana qəbirdə veriləcək olan üç sual barə sində bəhs edir. Sən bu risaləni oxuduqda, müəl lifin sözlərinin Quran və Sunnəyə necə uyğun ol duğunu görəcəksən. Şəkk yoxdur ki, şeyxin (Allah ona rəhmət etsin) bu və bu kimi başqa risalələri də bu minvalla yazılmışdır və şeyxin dəvət yolu Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur - insanlara Rəblərini tanıtmaq və bütün ibadətlərin yalnız Onun üçün olmasına dəvət etmək. Əziz oxucu,

risaləyə başlamazdan əv vəl sənə müəllif haqda qısa məlumat vermək is təyirəm: 

Adı: Muhəmməd ibn AbdulVahhab ibn Süleyman ibn Əli ibn Muhəmməd ibn Əhməd ibn Raşid ət-Təmimidir. Hicrətin 1115-ci ilində (miladi tarixlə 1703-cü ildə) Uyeynə şəhərində anadan olmuşdur.

Şeyx öz atası AbdulVahhabın himayəsində böyümüş və uşaq ikən, hələ on yaşını bitirməmiş Qurani Kəri mi tam əzbərləmişdir. Atası qeyd edir ki, o, artıq on iki yaşına yetişdikdə artıq həddi-buluğa çatır. Bunu 

görən atası onu dərhal evləndirir. Həmçinin şeyx, bu yaşlarında olarkən namazda imam durardı və o, çox güclü zəkaya malik idi. Atasından Hənbəli fiqhini, təf sir və hədis elmlərini öyrənmişdi. Sonra şeyx elm öy rənmək üçün Məkkəyə və Mədinəyə, daha sonra Ku fəyə, Bəsrəyə və Şama səfər edir. Öz zamanında olan bir çox böyük alimlərdən elm alır. 

Bundan sonra şeyx, bu mübarək elmi ilə dəvətinə başlayır. Şeyx hicrətin 1206-ci ilində (miladi tarixlə 1793-ildə) 90 yaşında vəfat edir. O, özündən sonra ümmətə faydalı olan bir çox elmi risalələr və kitablar qoyub getmişdir. Uca Allahdan istəyirəm ki, Şeyxin qəbrini nurla doldursun və bizi də onun kimi, bu dinə dəvət edən, elmli və saleh əməl sahibi olan qulların dan etsin. 

Yazdı: Elxan abu Omar əl-Qazveyni.

ÜÇ ƏSAS 

بسم االله الرحمن الرحیم 

 Bil ki - Allah sənə rəhm etsin - bizim üzərimizə dörd məsələni bilmək vacibdir: 

Birincisi: Elm (öyrənmək)! Elm deyilərkən Allahı tanımaq, Onun Peyğəmbərini tanımaq və İslam dinini dəlilləri ilə bilmək nəzərdə tutulur. İkincisi: Bu (elmə) əməl etmək. 

Üçüncüsü: Bu (elmə) dəvət etmək. 

Dördüncüsü: Dəvət zamanı qarşılaşacaq əziyyət lərə səbr etmək. 

(Bunlara) dəlil Uca Allahın bu kəlamıdır: “Mər həmətli, Rəhimli Allahın adı ilə. And olsun əsrə (əsr vaxtına) (1). Həqiqətən də insan xəsarət için dədir (2). Yalnız iman gətirib saleh əməl edənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər istisnadır (3)” (Əsr surəsi, 1-3 ).

İmam Şafii (Allah ona rəhmət etsin) buyurmuşdur: “Əgər Allah məxluqatına hüccət olaraq bu surə dən başqa heç nə nazil etməsəydi, (yenə də bu surə) onlara kifayət edərdi”. 

İmam Buxari (Allah ona rəhmət etsin) demişdir: “Fəsl - Elm sözdən və əməldən öncədir. Buna  

lil Uca Allahın bu kəlamıdır: Bil ki, Allahdan başqa haqqı ilə ibadətə layiq olan ilah yoxdur. Sonra gü nahlarının bağışlanmasını dilə. (Muhəmməd, 19).  (Uca Allah) elmi sözdən və əməldən qabaq zikr etdi”. 

 Bil ki - Allah sənə rəhm etsin - hər bir müsəlman kişi və qadına bu üç məsələni bilmək və onlara əməl etmək vacibdir: 

Birinci məsələ: Həqiqətən də Allah bizi xəlq etdi, bizə ruzi verdi və bizi öz başına buraxmadı, əksi nə, bizə Rəsul göndərdi. Kim o Rəsula itaət edər sə Cənnətə girər, kim də ona asi olarsa Cəhən-

nəmə girər. Buna dəlil Uca Allahın bu kəlamıdır: Həqiqətən Biz, Firona Rəsul göndərdiyimiz kimi sizə də üzərinizdə şahidlik edəcək Rəsul göndər dik. Firon Rəsula asi oldu, Biz də onu şiddətli əzab la yaxaladıq (Muzzəmmil sürəsi, 15-16-ci ayələr). 

İkinci məsələ: Uca Allah Onunla yanaşı kiməsə ibadət olunmasına – istər (Ona) yaxın olan bir Mələk olsun, istərsə də göndərilmiş bir Rəsul ol sun – razı olmaz. Buna dəlil Uca Allahın bu kə lamıdır: “Həqiqətən də məscidlər Allaha məxsus dur. Onunla yanaşı başqa birisini çağırmayın” (Cinn, 18). 

Üçüncü məsələ: Əgər kim Rəsula itaət edib, Alla hı ibadətdə təkləşdirərsə, o kəsə icazəli deyil ki, Allah və Rəsulunun qoyduğu hədləri aşanları – hətta ən yaxınları olsa belə - özünə dost tutsun. Buna dəlil Uca Allahın bu kəlamıdır: “Sən Allaha və Axirət gününə iman gətirən elə bir qövm gör-

məzsən ki, Allah və Rəsulunun qoyduğu hədləri aşan kəsləri - istər ataları, oğulları, qardaşları və ya əqrabaları olsalar belə - özlərinə dost tutsun lar.(Allah) onların qəlblərinə iman yazmış və on ları Özündən olan bir ruhla gücləndirmişdir.(Allah

onları altından çaylar axan, içində əbədi qalacaq ları Cənnətlərə daxil edəcəkdir. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın dəstə sidir. Məgər uğur qazananlar da məhz Allahın dəstəsi deyilmi?! ( Mucadələ, 22). 

Bil ki, Allah səni Öz itaətinə yönəltsin, İbrahi min (Allahın ona salavatı və salamı olsun) dini olan həniflik (batildən haqqa yönəlmək) - dini yal nız Ona məxsus edərək tək Allaha ibadət etmə yindir. Allah bütün insanlara bunu əmr etmiş və onları (məhz) bunun üçün xəlq etmişdir. Necə ki, Uca Allah buyurur: “Mən cinləri və insanları yal nız Mənə ibadət etmələri üçün xəlq etdim” (Zari yat, 56). “İbadət etmələri üçün” (sözünün) məna sı - Allahı təkləşdirmək deməkdir. Allahın ən əzə mətli əmri – tövhiddir. O da - Allahı ibadətdə tək-

ləşdirməkdir. Ən əzəmətli qadağası isə - şirkdir. O da - Allahla yanaşı başqa birisini çağırmaqdır. Buna dəlil Uca Allahın bu kəlamıdır: Allaha ibadət edin və Ona heç nəyi şərik qoşmayın! (Nisa, 36). Əgər bir kəs sənə desə ki, insana bilməsi vacib olan o üç əsas nədir? De - qulun öz Rəbbini, dini ni və Peyğəmbəri Muhəmmədi (salləllahu aleyhi və səlləm) tanımasıdır. 

BİRİNCİ ƏSAS – ALLAHI TANIMAQ 

Əgər sənə deyilsə ki, Rəbbin kimdir? De - Rəb bim Allahdır. O, məni və bütün aləmləri Öz ne mətləri ilə xəlq etdi. O, mənim məbudumdur (ibadət etdiyimdir), mənim Ondan başqa məbu dum yoxdur. Buna dəlil Uca Allahın bu kəlamı dır: Həmd, aləmlərin Rəbbi olan Allaha məxsus dur (Fatihə, 2). Allahdan başqa hər bir şey, bir aləmdir (yaradılmışdır), mən də bu aləmlərdən biriyəm. Əgər sənə deyilsə ki, Rəbbini nə ilə tanıdın? De - Onun ayələri və məxluqatları ilə.

Onun ayələrindən - gecə və gündüz, günəş və ay, məxluqatından isə - yeddi göylər, yeddi yer və onların içində və onların arasında olanlardır. 

Buna dəlil Uca Allahın bu kəlamıdır: Gecə və gündüz, günəş və ay Onun ayələrindəndir. Siz nə günəşə nə də aya səcdə etməyin. Əgər Ona (Allaha) ibadət edənlərsinizsə, onları xəlq edən Allaha səcdə edin (Fussilət, 38). Həmçinin Uca (Allah) buyurur: Həqiqətən sizin Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra Ərşin üzərinə yüksələn Allahdır. Gecə gündüzü örtərək, sürətlə (biri o birisini) tələb edir. Günəş, ay, ulduzlar hamı sı) Onun əmrilə boyun əyərlər. Məgər əmr və xəlq etmək Ona aid deyilmi?! Aləmlərin Rəbbi olan Allah necə də mübarəkdir (Əraf, 54). Rəbb olan, məhz odur məbud. Buna dəlil Uca Allahın bu kə lamıdır: “Ey insanlar, sizi və sizdən öncəkiləri xəlq edən Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız. O, yer üzünü sizin üçün döşək, səma nı isə tavan etdi. Səmadan su endirib, onunla sizin üçün (yerdən) ruzi olaraq meyvələr çıxardı. Siz də (bütün bunları) bildiyiniz halda Allaha şə-

riklər götürməyin” (Bəqara, 21-22). İbn Kəsir (Allah ona rəhmət etsin) buyurmuşdur: “Bu şeylə rin Xaliqi - ibadətə haqqı çatan da (yalnız) Odur!” Allahın bizə əmr etdiyi ibadətin növlərinə gəldik də, məsələn: İslam, iman, ehsan, həmçinin, dua etmək, Ondan qorxmaq, Ona ümid bəsləmək, Ona təvəkkül etmək, rəğbət bəsləmək, əzabın dan qorxmaq, xüşu, qorxaraq çəkinmək, Allaha dönmək, Ondan kömək istəmək, Ona sığınmaq, çətin anında Ondan kömək diləmək, qurban kəs mək, nəzir demək və s. bu kimi Uca Allahın bizə əmr etmiş olduğu ibadət növlərinin hamısı Allaha məxsusdur. Buna dəlil Uca Allahın bu kəlamıdır: Həqiqətən də məscidlər Allaha məxsusdur. Onun la yanaşı başqa birisini çağırmayın” (Cinn, 18). 

Kim onlardan (ibadət növlərindən) birini belə Allah dan qeyrisinə yönəldərsə, o kəs müşrik və kafir dir. (qeyd- “müşrik” Allaha şərik qoşana deyilir, kafirisə İslam dinində olmayan, Allah və Rəsulu nu (salləllahu aleyhi və səlləm) yalanlayana deyilir).

Buna dəlil Uca Allahın bu kəlamıdır: Kim heç bir dəlili olmadığı halda Allahla yanaşı başqa birisinə dua edərsə, onun hesabı Rəbbi yanındadır. Həqi 

qətən kafirlər nicat tapmazlar”. (Muminun, 117). Həmçinin hədisdə rəvayət olunur ki,Dua ibadətin beynidir.4Sunən ət-Tirmizi, 3371. Hədisin hökmü zəifdir. Tirmizi hədisi qərib yolla rəvayət etmişdir. 

Buna dəlil Uca Allahın bu kəlamıdır: Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim! Mənə ibadətdən təkəbbürlük edənlər Cəhən nəmə alçalaraq girəcəklər” (Ğafir, 60). 

Qorxuya dəlil Uca Allahın bu kəlamıdır: “Onlardan qorxmayın, əgər möminsinizsə Məndən qorxun. (Ali-İmran, 175). Ümid bəsləməyə dəlil Uca Allahın bu kəlamıdır: “Kim öz Rəbbi ilə görüşəcəyinə ümüd bəsləyirsə, saleh əməl etsin ibadətdə heç nəyi Rəbbinə şərik qoşmasın” (Kəhf, 110). Təvəkkülə dəlil Uca Allahın bu kəlamıdır: “Əgər möminsinizsə, Allaha təvəkkül edin”. (Maidə, 23). Həmçinin Uca Allah buyurur: “Kim Allaha təvəkkül edərsə, O, ona bəs edər”. (Talaq, 3).“Rəğbət”, “rəhbət” (əzabın-

dan qorxmaq) və xüşuya dəlil Uca Allahın bu kəlamıdır: “Həqiqətən onlar xeyir işlərdə tələsər, rəğbət və qorxu ilə Bizi çağırar və Bizə xüşulu halda ibadət edərlər” (Ənbiya, 90). 

Qorxuya (xaşyə) dəlil Uca Allahın bu kəlamıdır: “Onlardan qorxmayın, Məndən qorxun” (Bəqara, 150). Allaha dönməyə dəlil Uca Allahın bu kəlamıdır: “Rəbbinizə dönün və Ona təslim olun” (Zumər, 54). Allahdan kömək istəməyə dəlil Uca Allahın bu kəlamıdır: “Yalnız Sənə ibadət edir və yalnız Sən dən kömək istəyirik”.(Fatihə, 5). Həmçinin hədis dən buna dəlil: “Əgər kömək istəsən, Allahdan istə(Sunən ət-Tirmizi, 2516. Səhihdir).Allaha sığınmağa dəlilUca Allahın bu kəlamıdır: “De, sığınıram insanların Rəbbinə (Nas, 1). 

Allahdan çətin anda kömək istəməyə dəlil Uca Allahın bu kəlamıdır: “Siz Rəbbinizdən (çətin an da) kömək istədikdə, O, sizə kömək göndərdi”. (Ənfal, 9). Qurban kəsməyə dəlil Uca Allahın bu

kəlamıdır: “De - həqiqətən mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləm lərin Rəbbi olan Allah üçündür. Onun şəriki yox dur.Mən bununla əmr olundum və mən təslimolan ların (müsəlmanların) ən birincisiyəm”. (Ənam, 162-163). 

Sunnədən olan dəlil isə: “Allahdan qeyrisi üçün qurban kəsənə Allah lənət etsin”(Səhih Muslim, 1978). 

Nəzirə dəlil isə Uca Allahın bu kəlamıdır: “Onlar nəzrlərinə vəfalı olub, şəri hər yeri bürüyəcək gün dən qorxarlar” (İnsan, 7).

İKİNCİ ƏSAS – İSLAM DİNİNİ DƏLİLLƏRLƏ BİLMƏK 

O (İslam) - Allaha tövhidlə təslim olmaq, itaətlə boyun əymək, şirkdən və əhlindən çəkinməkdir. Onun üç mərtəbəsi vardır: İslam, İman və Ehsan. Hər bir mərtəbənin də öz rükunları vardır. Birinci mərtəbə: İslamdır. İslamın ərkanları beşdir: 

1.Şəhadət kəlməsi: “Lə iləhə illəllah və ənnə Muhəmmədən Rasulullah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd onun elçisidir). 

2.Namaz qılmaq. 

3.Zəkat vermək. 

4.Ramazanda oruc tutmaq. 

5. Allahın evi – Haramı (Kəbəni) (imkan olduqda) ziyarət etmək. 

Şəhadət (kəlməsinə) dəlil Uca Allahın bu kəlamıdır: “Allah Ondan başqa heç bir ilah olmadığına şahid-

lik etdi, Mələklər və ədalət üzərində olan elm sahib ləri də şahidlik etdilər. O Qüdrətli və Hikmətlidən başqa heç bir ilah yoxdur”. (Ali-İmran, 18). 

Mənası da budur ki, Allahdan başqa haqqı ilə iba dət olunan heç bir məbud yoxdur və O, təkdir. “Lə iləhə” kəlməsi - Allahdan başqa bütün ibadət olu nanları inkar etmək, “illəllah” kəlməsi isə - ibadə tin tək olan Allaha aid olmasının isbat olunması dır. Onun mülkündə heç bir şəriki olmadığı kimi, ibadətdə də heç bir şəriki yoxdur. O kəlmənin təf sirinə gəlincə isə, Uca Allah (öz kitabında) onu açıqlayaraq buyurur: “O vaxt ki, İbrahim öz atası na və qövmünə demişdi: “Mən sizin ibadət etdik lərinizdən uzağam.Yalnız məni xəlq edəndən baş qa, çünki, həqiqətən də O, məni doğru yola mü yəssər edəcəkdir”. O, özündən sonra (bu sözlə rini) daimi qalan bir kəlmə etdi, ola bilsin onlar (haqqa) dönsünlər”. (Zuxruf, 26-28). Həmçinin Uca Allah buyurur: “De: “Ey kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək və Ona heç nəyi şərik qoşmayaq. Allahı qoyub bir-birimizi (özümüzə)

Rəblər qəbul etməyək”. Əgər üz çevirsələr, deyin – şahid olun ki, həqiqətən də biz müsəlmanlarıq (Ali-İmran, 64). “Həqiqətən də Muhəmməd Allahın Rəsuludur” şəhadətinə isə dəlil, Uca Allahın bu kəlamıdır: Artıq sizə özünüzdən bir elçi gəldi, sizə baş verən əziyyətlər(zəlalətləriniz)onunüçün ağır dır, sizin (xeyirinizdə) hərisdir və möminlərə qarşı mehriban və rəhimlidir (Tövbə, 127). “Həqiqətən də MuhəmmədAllahın Rəsuludurşəhadətinin mə nası isə əmrlərində ona itaət etmək, verdiyi xəbər lərdə onu təsdiqləmək, qadağan edib pis gördüyü şeylərdən çəkinmək və Allaha yalnız onun gətirdiyi şəriətlə ibadət etməkdir. Namazın, zəkatın və töv hid kəlməsinin (Lə İləhə İlləllah) təfsirinə dəlil isə, UcaAllahın belə buyurmasıdır: “Halbuki onlara dini yalnız Ona xalis edərək, batildən haqqa dönərək Allaha ibadət etmələri əmr olunmuşdu.Düzgün olan din də elə budur (Beyyinə, 5). 

Oruca dəlil isə, Uca Allah buyurur: “Ey iman gətirən lər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə Allahdan qorxa sınız” (Bəqara, 183)

Həccə dəlil isə, Uca Allah buyurur: ”Allah yolun da, insanlardan gücü çatana (Onun) evini Həcc etmək vacib oldu. Kim də küfr edərsə, bilsin ki, 

Allah bütün aləmlərə möhtac deyildir” (Ali-İmran, 97). 

İkinci mərtəbə: İman.O(iman) - yetmiş və bir neçə şöbədən ibarətdir.Ən uca zirvəsi - Lə İləhə İlləllah kəlməsidir,ənaşağıolanıisə-yoldanəziyyətverən 

bir şeyi kənaralaşdırmaqdır. Həya da imandan bir şöbədir. İmanın əsası-ərkanı altıdır: 1. Allaha iman gətirmən. 

2. Onun Mələklərinə. 

3. Kitablarına. 

4. Rəsullarına. 

5.Axirət gününə. 

6.Qədərə - xeyirin və şərin (Allahdan olmasına iman gətirməndir). 

Bu altı rükuna dəlil i, Uca Allahın belə buyurma sıdır: “Yaxşı əməl heç də üzünüzü məşriqə və məğ ribə çevirməniz deyildir. Həqiqətdə yaxşı əməl in sanın Allaha, Axirət gününə, mələklərə, Kitablara və Peyğəmbərlərə iman gətirməsidir” (Bəqərə, 177).

Qədərə dəlil isə, Uca Allahın belə buyurmasıdır: Həqiqətən də Biz hər bir şeyi (müəyyən bir) qədər də xəlq etdik” (Qamər, 49). 

Üçüncü mərtəbə: “Ehsan yalnız bir rükundan iba rətdir, o da - sənin Allaha Onu görmüş kimi ibadət etməyindir (və bilki) hətta sən Onu görməsən də, O, səni görür. Buna dəlil Uca Allahın bu kəlamıdır: “Həqiqətən də Allah Ondan qorxan və ehsan edən lərlədir” (Nəhl 128). Həmçinin Uca Allah buyurur: İzzətli və Rəhimli olana təvəkkül et. Hansı ki, səni qiyama qalxdığında görür. (Həmçinin) səcdə edən lərin arasında dolaşdığında da (görür). Həqiqətən də O, hər şeyi Eşidən və Biləndir”. (Şuəra, 217-219). Həmçinin Uca Allah buyurur: “Sən nə iş görsən, Qurandan nə oxusan və (hamınız) nə əməllər etsə niz belə, Biz etdiyiniz zaman sizin üzərinizdə şahid lərik” (Yunus, 61). 

Sunnədən dəlil isə Cəbrailin (Allahın ona salamı olsun) məşhur hədisidir ki, Ömər ibn əl-Xattab dan rəvayət edərək buyurur: “Bir gün Peyğəmbə-

rin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanında oturmuşduq. Qəflətən yanımıza paltarı dümağ,saçlarıtündqaraolanbirşəxsgəldi.Onun üzərində səfər əlaməti yox idi, bizlərdən də heç kəs onu tanımırdı. Dizlərini onun (Peyğəmbərin) dizlərinə söykədi, əllərini də öz dizlərinin üzəri qoydu və dedi: 

“Mənə İslam barədə xəbər ver!” 

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və sa lamı olsun) dedi: “İslam dini - sənin Allahdan başqa ibadətə layiq olan heç bir məbud olmadığına və MuhəmmədinAllahın elçisiolduğunaşəhadət etmən, namaz qılman, kat vermən, Ramazan ayını oruc tutman və bacardığında Evi (Kəbəni) Həcc etmən dir”. 

Sual verən dedi: “Doğru dedin”. 

Biz onun sual verib sonra isə cavabı təsdiq etməsi nə təəccüb etdik. 

Sual verən dedi: “Mənə iman barədə xəbər ver”. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və sa-

lamı olsun) dedi: “İman – Allaha, Onun mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə, (həmçinin) xeyirin və şərin qədərdən olmasına iman gətirmən dir”. 

Sual verən dedi: “Onda mənə ehsan barədə xəbər ver”. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: “Ehsan Allaha Onu görürmüş kimi ibadət etməyindir, sən Onu görməsən də O, səni görür”. 

Sual verən dedi:“Mənə Qiyamət saatı barədə xəbər ver”. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: “Onun barəsində soruşulan soruşandan artıq heç nə bilmir”. 

Sual verən dedi: “Onda onun əlamətləri barədə mənə xəbər ver”. 

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və sa lamı olsun) dedi: “Qul qadın öz ağasını doğacaq sən ayağı yalın lüt kasıb çobanları hündür evlər tikməkdə yarışan görəcəksən”. Sonra sual verən getdi. Bir müddət keçdi və Allah Rəsulu dedi: “Bilirsinizmi sual verən kim idi?” Dedilər: Allah və

Rəsulu daha yaxşı bilir. (Allah Rəsulu) dedi: “O, Cəbrail idi, sizə öz dininizi öyrətmək üçün gəlmişdi (Əhməd (1, 15-20), Muslim, İman kitabı, İslam, iman və ehsanın bəyanı fəsli, 8). 

ÜÇÜNCÜ ƏSAS – PEYĞƏMBƏRİMİZ MUHƏMMƏDİ (SALLƏLLAHU ALEYHİ VƏ SƏLLƏM) TANIMAQ 

Adı - Muhəmməd ibn Abdullah ibn AbdulMuttalib ibn Həşimdir. Həşim Qureyş qəbiləsindən, Qureyş ərəblərdən, ərəblər isə Xəlil İbrahimin oğlu İsmailin nəslindəndir – Allahın ona və bizim Peyğəmbərə 

və ailəsinə salavatı və salamı olsun (qeyd- Xəlil – dost. Uca Allah buyurur: Allah İbrahimi dost (Xəlil) tutmuşdur (Nisa, 125)). O altmış üç il ömür yaşamışdır, ondan qırx ilini Peyğəmbərlikdən öncə, iyirmi üç ilini isə Peyğəmbər və Rəsul olaraq yaşamışdır. “Oxu” (İqra, 1-5) surəsi ilə Peyğəmbər,“Muddəssir” surəsi ilə isə Rəsul elan olunmuşdur. 

Doğulduğu yer Məkkə şəhəridir, sonra isə Mədinə-

yə hicrət etmişdir. Uca Allah onu şirkdən çəkindirib, tövhidə dəvət etmək üçün göndərmişdir. Buna dəlil olaraq buyurur: “Ey örtüyünə bürünən (Peyğəmbər!), qalx və (insanları Allahın əzabı ilə) qorxut. Rəbbi 

ni uca tut. Paltarını təmizlə. Pis şeyləri tərk et. (Yaxşılıq etdikdə) əvəzində çox istəmə (nəsə təmən na etmə). Rəbbin üçün səbr et (Muddəssir, 1- 7). 

“Qalx və (insanları Allahın əzabı ilə) qorxut” ayəsi nin mənası şirkdən qorxut və tövhidə dəvət et Uca Allah buyurur: Allah İbrahimi dost (xəlil) tut 

muşdur (Nisa, 125). “Rəbbini Uca tut” - yəni, Onu tövhidlə əzəmətləşdir. “Paltarını təmizlə” - yəni, əməllərini şirkdən təmizlə. Pis şeyləri tərk etayə sində “pis şeylər” (ərəbcə ricz) - bütlər deməkdir. “Tərk et” isə, onları tərk etmək - onlardan və əhlin dən (onlara ibadət edənlərdən) uzaq durmaqdır. Beləliklə, Allah Rəsulu on il ərzində yalnız buna dəvət (tövhidə) etdi və on ildən sonra səmaya merac etdi (qaldırıldı) və orada ona beş vaxt namaz vacib edil di, (endikdən sonra) üç il Məkkədə namaz qıldı, sonra isə Mədinəyə hicrət etməyə əmr olundu.

“Hicrət”- şirk diyarından İslam diyarına köçməyə deyilir. Hicrət etmək bu ümmətə fərz, vacib edilmiş mişdir və qiyamət saatına qədər qalmaqdadır. Buna dəlil isə, Allahın bu kəlamıdır: “Mələklər özlərinə zülm edənlərin canlarını aldıqda, onlara deyəcəklər: “Siz nə halda idiniz?” Deyəcəklər: “Biz yer üzündə çox aciz idik”. (Mələklər) deyəcəklər “Məgər Allahın yeri (yerin üzəri) geniş deyildimi ki, (o yaşadığınız küfr diyarı olan) yerdən hicrət edəsiniz?!” 

Həqiqətən onların yeri Cəhənnəmdir, ora necə də pis dönüş yeridir. Yalnız kişilərdən, qadınlardan və uşaqlardan nə bir çarə, nə də bir yol tapmaqdan aciz 

olanları istisnadırlar. Ola bilsin ki, Allah onları əfv etsin (bağışlasın). Allah əfv edən və Bağışlayandır. (Nisa, 97-99). Uca Allah həmçinin buyurur: “Ey mənim iman gətirmiş qullarım! Həqiqətən də, Mənim yerim (yerin üzəri) genişdir. Yalnız Mənə ibadət edin”. (Ənkəbut, 56). 

İmam Bəğəvi (Allah ona rəhmət etsin) buyurur: “Bu ayənin enmə səbəbi Məkkədə qalıb hicrət etməyən buna qadir olmayan bəzi müsəlmanlar idi. Uca Allah onlara “iman əhli” deyərək səsləndi”.

Sunnədən hicrətə dəlil isə, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bu sözüdür: “Tövbə bitməyənə qədər hicrət də bitməz. Günəş məğribdən (batdığı yerdən) doğmayana qədər tövbə bitməz”(Sunən əbu-Davud, 2479. Səhihdir). 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə yerləşdikdən sonra, İslamın başqa ayinlərini yerinə yetirməklə də əmr olundu. Məsələn: zəkat, oruc, həcc,azan, cihad, yaxşılığı əmr edib, pislikdən çəkin dirmək və İslamın bu kimi başqa ayinləri. On il bun lara dəvət etdi və sonra vəfat etdi-Allahın ona sala vatı və salamı olsun. Onun dini isə qalıb. Elə bir xeyir olmadı ki, ümmətinə onu göstərməsin və elə də şər olmadı ki, ondan ümməti çəkindirməsin. 

Ona tərəf yol göstərdiyi xeyir - tövhiddir və Allahın sevdiyi və razı qaldığı bütün əməllərdir. Onun çəkin dirdiyi şər isə - şirkdir və Allahın ikrah etdiyi və razı qalmadığı bütün əməllərdir. Allah onu bütün insanla 

ra göndərdi və ona itaəti iki mükəlləf olunmuş məx luqların üzərinə - cinlərə və insanlara vacib etdi. 

Buna dəlil olaraq Uca Allah buyurur: “De, ey insan-

lar! Mən sizin hamınıza göndərilənAllahın elçisiyəm (Əraf, 158). Allah onun gəlişi ilə dini kamil etdi. Buna dəlil olaraq Uca Allah buyurur: “Bu gün sizin üçün dininizi kamil etdim, sizə olan nemətimi tamamla dım və sizin üçün din olaraq İslamı seçdim”. (Maidə, 3). (Peyğəmbərmizin) ölümünə dəlil olaraq isə Uca Allah buyurur: “Həqiqətən sən də öləcəksən, onlar da öləcəklər. Sonra siz Rəbbinizin yanında Qiyamət günü hesaba çəkiləcəksiniz”. (Zumər, 30-31.) İnsanlar öldükdən sonra (yenidən) diriləcəklər.Buna dəlil olaraq Uca Allah buyurur: “Biz sizi ondan (tor paqdan) xəlq etdik, oraya qaytaracağıq və yenidən oradan çıxaracağıq”. (Ta-hə, 55). Həmçinin Uca Allah buyurur: Allah sizi yerdən bir bitki kimi bitirdi. Sonra sizi oraya qaytaracaq və oradan da çıxaracaq”.(Nuh, 17-18). 

Dirildikdən sonra isə insanlar hesaba çəkiləcək və öz əməllərinə görə mükafat və ya cəzalarını alacaqlar. Buna dəlil isə, Uca Allah belə buyurmasıdır:“Göylər də və yerdə olan nə varsa, Allahındır. Pislik edənləri pisliyinə və yaxşılıq edənləri yaxşılığına görə cəza landıracaq olan (və ya mükafatlandıracaq olan) da Odur”. (Nəcm, 31). Kim öldükdən sonra dirilişi inkar

edərsə kafir olar. Buna dəlil olaraq Uca Allah buyurur: Kafir olanlar dirilməyəcəklərini güman etdilər. De, Rəbbimə and olsun ki, siz əlbəttə ki diriləcəksiz. Sizə etdikləriniz barədə xəbər veriləcəkdir. O, Allah üçün çox asandır (Təğabun, 7). 

Allah bütün Rəsulları müjdələyən və qorxudanlar ola raq göndərmişdir.Buna dəlil olaraqUcaAllah buyurur: Bizmüjdələyən və qorxudan Rəsullar (göndərdik ki) insanlar üçün Rəsulların (gəlişindən) sonra Allaha qarşı bir bəhanələri qalmasın (Nisa, 165). Onların ilk olanı Nuhdur (Allahın ona salamı olsun), sonuncusu isə Muhəmməddir (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və o, Peyğəmbərlərin sonuncusudur. 

Onlardan birincisinin Nuh (Allahın ona salamı olsun) olmasına dəlil olaraq Uca Allah buyurur: “Həqiqətən Biz, Nuha və ondan sonra gələn Peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik”. (Nisə, 163). Uca Allah Nuhdan Muhəmmədə (Onların hər ikisi nə Allahın salavatı və salamı olsun) qədər olan hər bir ümmətə tək olan Allaha ibadəti əmr edib tağut lardan çəkindirən Rəsullar-elçilər göndərmişdir. Buna dəlil olaraq Uca Allah buyurur: “Biz artıq hər

bir ümmətə Rəsul göndərdik ki, onlar Allaha ibadət edib tağutlardan çəkinsinlər”. (Nəhl, 36). Allah bütün qullara tağuta küfr edib (inkar edib),Allaha iman tirməyi vacib etmişdir. 

İbn əl-Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur: “Tağutun mənası - qulun ibadətində, tabeçiliyində və itaətində həddini aşmasına deyilir”. Tağutlar çox 

dur, öndə gələnləri isə beşdir: 

1) İblis - Allah ona lənət etsin. 

2) Özü razı olduğu halda ona ibadət edilən kəs. 3) İnsanları özünə ibadətə çağıran. 

4) Qeyb elmindən nəyisə bildiyini iddia edən kəs. 5) Allahın nazil etdiyi ilə hökm verməyən kəs. 

Bunlara dəlil olaraq Uca Allah buyurur: Dində məcbu riyyət yoxdur.Artıq doğru yoləyrindən(doğruolmayan dan) seçilmişdir.Kimtağutları inkar edib, Allaha iman gətirərsə o artıq qırılmayan bir ipdən yapışmışdır. 

Allah Eşidəndir, Biləndir. (Bəqara, 256). Məhz bu “Lə iləhə illəllah”-ın mənasıdır. Hədisdə belə buyu-

rulur: “İşin başı İslamdır, onun dirəyi namazdır, ən uca zirvəsi isə, Allah yolunda cihaddir”(Sunən ət-Tirmizi, 2616. Səhihdir. Həmçinin, Əhməd, Musnəd, 22016; 22032 (hər iksi “Allah yolunda” 

ləfzi olmadan rəvayət etmişlər). Həmçinin bax: Tabərani, Mucəmul-Kəbir. və s). Uca Allah daha yaxşı bilir. Bununla da üç əsas (risaləsi) tamamlandı. 

Hörmətli oxucu, digər faydalı kitabları əldə etmək üçün selef.info saytının kitab bölməsinə buyura bilərsən. Tərcümədə rast gəldiyin qrammatik və digər xətaları görüb bizə xəbər vermək istəsən mescidsayti@gmail.com ünvanına yaza bilərsən. Əvvəlcədəntəşəkkür edir və Allahdan səni xeyirlə mükafatlandırmasını istəyirik.