29.10.2020

Fransada peyğəmbərin (sallallahu aleyhi və səlləm) karikaturasının çəkilməsi və islam müharibə edilməsi haqda - Möhtərəm Şeyx Muhamməd ibn Hədi Mədxəli (Allah onu qorusun) Video

Rəhimli və mərhəmətli olan Allahın adı ilə

Möhtərəm Şeyx Muhamməd ibn Hədi Mədxəli (Allah onu qorusun) Fransada peyğəmbərin (sallallahu aleyhi və səlləm) karikaturasının çəkilməsi və islam müharibə edilməsi əlaqədar bunları buyurdu:

Siz görürsünüz ki, həmin ölkələr İslama qarşı düşmənçilikdə ən şiddətli olanlardandır. Siz bir baxın, görün onlar peyğəmbər (salallahu aleyhi və səlləm) ilə necə davranırlar. Halbuki, o Allahın elçisidir, peyğəmbərdir. Onlar isə ona pislik etmək istəyirlər, karikaturalar çəkərək onu alçaldırlar və onunla istehza edirlər, Allahın salamı və salavatı bizim зeyğəmbərimizə olsun. 


Allah Təala onu o facirlərin dediklərindən təmiz və uzaq etmişdir. Lakin bununla bərabər görərsiniz ki, bəzi zəif bəsirət sahibi olan müsəlmanlar, daha dəqiqi isə kor olanlar Fransanı dəstəkləyirlər müsəlmanlara isə qarşı çıxırlar. Tarixi oxuyun, görəcəksiniz ki, müsəlmanlara qarşı səlib yürüşləri, xaç döyüşləri həmin məntəqədən başlamışdır. Eləcə də görərsiniz ki, hələ qədim vaxtlardan onlar islam əhlinə qarşı şiddətli düşmənçilik иəsləmişlər. 


Təəssüf ki, özlərini fransizlara oxşadanlar hər şeydə onlara tabe olurlar. O zaman ki, Fransa vəya digər küfr ölkəsi güya terrorla mübarizə aparır əslində isə onlar islamla mübarizə aparır. Şəkk yoxdur ki, islam pərdəsi altında edilən pis və batil əməlləri dəstəkləmirik.


Lakin digər tərəfdəndə o facirlərin və kafirlərin islama qarşı etdikləri pislikləri unutmayaq, peyğəmbərlərin ən üstünü olana qarşı apardığları müharibəni unutmayaq. Onlar karikaturalar çəkərək onu alçaltmağa çalışırlar, istehza edirlər. Onlar İslamın həqiqi düşmənləridirlər. Allahdan afiyət və salamatlıq diləyirik. Onlarla bir olmarıq, dəstək olmarıq, əməlləri ilə razı olmarıq, ən azı isə susmuruq.Müsəlmanlara vacib olan odur ki, qoy bilsinlər ki, bunlar islamın həqiqi düşmənləridir. Düşmən heç vaxt İslam və müsəlmanlar üçün xeyir və yaxşılıq isməyib. 


İndi siz görürsüz Fransa doğru islama və müsəlmanlara qarşı necə müharibə aparır. Digər tərəfdən isə qəlblərində dini zəiflik olanlar Fransaya meyl edirlər, ora can atırlar. Hətta bəzi ərəb olan müsəlmanlar ərəb ölkələrini heçə sayaraq Fransaya nisbət edilmələrini istəyirlər. Get, yolun açıq olsun. Sən bu əməlinlə nə müsəlmanlara nə də islama zərər vermirsən, yalnız özünə zərər verirsən. Allahdan afiyət və salamatlıq istəyirik.

Mənaca tərcümə: Seymur Camal (selef.info) 1442/3/11 ….29.10.2020