Cihad barədə mühüm məlumatlar


Rəhimli və mərhəmətli olan allahın adı ilə


 Cihadın islam dinindəki məkan

 Cihadın növləri

 Cihadın hədəfləri və məqsədləri

 Cihadın əhkamları

 Cihada valideynlərin icazəsi

 Əldə edilən qənimətlər və əsirlər barədə

 

 Allah-Təalə cihad etməyi, onun yolunda vuruşmağı buyurmuşdur ki, öz kəlməsi ucaldılsın, dininə kömək olsun və düşmənləri məhv edilsin. Eyni zamanda cihad Allahın qulları üçün bir imtahanı və sınağıdır. 

Allah yolunda cihad etmək, vuruşmaq islam dinində çox əzəmətli əhəmiyyətə malikdir Bu əməl islam dininin zirvəsidir, ən fəzilətli əməllərdən sayılır. Hətta bəzi alimlərə görə cihad etmək islam dininin altıncı rüknüdür, əsasıdır, dayağıdır.

Cihadın dinimizdə buyurulmasına həm Quranda ayələr, həm sünnədən hədislər, həmdə alimlərin yekdil ittifaqı, icması ilə sübut olunmuşdur.

Cihad etmək deyərkən ümumi götürəndə düşmənlə vuruşmaq nəzərdə tutulur. Lakin şəriətdə ki, mənası isə kafirlərlə vuruşmağa deyilir. Əslində cihadın mənası sadəcə vuruşmaq deyil, onun daha geniş mənalarıda vardır. Böyük alim İbnul Qeyyim buyurmuşdur: "Cihad etmək hər kəsə vacibdir: ya qəlb ilə, ya sözlə, ya mal-dövləti ilə, yada əli ilə. Bu növlərdən hər hansı biri ilə cihad etmək hər bir müsəlmana vacibdir ".

İnsanın öz nəfsi ilə mübarizəsi, şeytana qarşı, fasiqlərə qarşı mübarizəsidə cihad adlanır.

Cihad etmək hamıya fərz, vacib deyildir. Əgər kifayət gədər vuruşan varsa o zaman yerdə qalanlar üçün cihad etmək sünnə sayılır, yəni tövsiyə olunur.


(Mulaxxas fiqhi / 218)


"Cihad etmək aşağıdakı hallarda hər kəsə vacib olur:


Birinci hal: döyüş yetişdikdə əgər döyüş yetişib və qızışıbsa bu vaxtı döyüşü tərk etmək icazəli deyildir.


İkinci hal: yaşadığı ölkəyə düşmən hücum etdikdə.


Üçüncü hal: müsəlmanlar düşmənlə döyüşdükləri zamanı və müdafiə olunduqları vaxt onun köməyinə ehtiyac duyduqda.


Dördüncü hal: əgər  müsəlmanların rəhbəri,  ölkə başçısı səfərbərlik elan edib onu çağırsa".
(Mulaxxas fiqhi / 219)


"Döyüş vaxtı fəth edilən ərazilərdə qadınları, körpə uşaqları, rahibləri, əldən düşmüş qocaları, ağır, uzun müddətli (xroniki, şikəst) xəstələri və döyüşlə əlaqəsi olmayan korları öldürmək icazəli deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm köləliyə götürülən qadın və uşaqlarla incə davranardı". (Mulaxxas fiqhi/ 220)

Tərcümə: Seymur Camal (selef.info)