27.08.2020

Peyğəmbərin həyatı 1 (عليه الصلاة و السلام) Şeyx Abdurrazzaq (Allah onu qorusun) Tərc: Seymur Camal

 Yenilənib: 17/09/2020

Böyük alim olan İbn Kəsirin (Allah ona rəhmət eləsin) "Əl fusul" kitabının izahı və şərhi - Şeyx Abdurrazzaq Bədr (Allah onu qorusun)

Peyğəmbərin həyatını öyrənməyin faydaları (عليه الصلاة و السلام):
Birinci fayda: Allahın elçisi hamı üçün nümünədir, örnəkdir (Ona Allahın salamı və salavatı olsun). Ondan örnək götürmək üçün onun həyatını, yolunu öyrənmək lazımdır.

İkinci fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatı, yolu və mənhəci sanki bir tərəzidir. Əməllər və işlər ona ərz olunur. Onun həyatına, yoluna, əxlaqına uyğun gələn işlər haqq hesab olunur.

ًÜçüncü fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək Allahı kitabını başa düşməyə yardımçı olur.

Dördüncü fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək ona olan sevgi və ehtiramın artmasına səbəb olur.

Beşinci fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək insanın imanının artmasına səbəb olur.

Altıncı fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək dini bütöv şəkildə başa düşməyə yardım edir (həm əqidəni, həm ibadətləri, həmdə əxlaqı).

Yeddinci fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək Allaha dəvət etməyin doğru üslunu öyrədir.

Səkkizinci fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatı onun peyğəmbərliyinə bir əlamətdir, dəlildir.

Doqquzuncu fayda: Allah elçisinin (sallallahu aleyhi və səlləm) həyatını öyrənmək səadətə nail olmaq üçün bir səbəbdir.



Möhtərəm müsəlman, əgər bu səsli tərcüməni hərflərlə yazılı formada yazıb bizə göndərsən o mətn selef.info saytında və digər sosial şəbəkələrdə yayılacaq inşallah. Sən bununla dəvətə yardım etmiş olacaqsan. Yazılı mətni ya bu videonun komment bölməsinə, ya mescidsayti@gmail.com ünvanına göndərə bilərsən (öz adını vəya kunyə, ləqəbini yaza bilərsən). Aşağıda kommentlərdəki suallara cavab verə bilərsən, həm özün faydalan, həmdə digərlərini faydalandır. (selef.info)