13.07.2020

Xəstəliyə səbr etməyin fəziləti və faydaları

Allah Təalə hər bir insanı imtahana çəkir. Hətta özünün ən sevimli qulları olan peyğəmbərləri belə imtahana çəkmişdir. Onun sınağı bir neçə növ ola bilər: mal-dövlət qıtlığı, övladlar ilə, qorxu ilə, aclıq  və digər hadisələrlə. Allah Qurani Kərimdə buyurur: Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.