Qurbanlıq
ilə
əlaqəli qısa məlumatlar
Qurbanlıq
nəyə deyilir?
Qurbanlıq
– Qurban bayramı günlərində Allaha yaxınlıq niyyəti ilə
kəsilən heyvana deyilir.
Qurban
kəsmək ibadəti nə zamandan bəri möv-cuddur?
Qurban
kəsmək ibadəti bizdən əvvəlki bütün ümmətlərdə var idi.
Qurban
kəsilən heyvanlar hansılardır?
Dəvə,
inək, qoyun. Ən üstünü dəvə kəsməkdir.
Qurbanlıq
heyvanın yaşı nə qədər olmalıdır?
Dəvənin
5 ili, inəyin iki ili, keçinin bir ili, qoç və qoyunun isə altı
ayı tamam olmalıdır.
Qurbanlıq
qoyunun yaşı nə qədər olmalıdır?
Qurban
kəsiləcək qoyunun ən azı altı ayı bitmə-lidir.
Bir
qurbanlıq heyvan neçə nəfərin adından kəsilə bilər?
Bir dəvə
yeddi nəfərin, bir inək yeddi nəfərin, bir qoyun isə bir
nəfərin və onun ailəsinin adından kəsilə bilər.
Bir qoyun
bütün ailənin adından kəsilə bilərmi?
Bəli,
kəsən adam özünün və ailəsinin adından kəsə bilər.
Qurbanlıq
kəsən şəxs özü ətin dadına baxa bilərmi?
Bəli,
peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə
edərdi, səhabələrdə belə
edərdilər. Bir qis-mini özləri və ailələr yeyərdilər, digər
qismini isə paylayardılar.
Xəstə
heyvanı qurban kəsmək doğrudurmu?
Xeyr,
açıq-aşkar xəstəliyi bilinən, gəzməyə taqəti qalmayan,
çəpgöz, axsaqlığı açıq-aşkar görünən, qocalıb əti, piyi
qurumuş, çox arıq, bir gözü olmayan, gözləri kor olmuş, ön
dişləri kö-kündən tökülmüş heyvanı qurban kəsmək doğru
deyil.
Qurban kəsməyə niyyətlənmiş
şəxs nə etməlidir?
Qurban
kəsməyi niyyət etmiş kəs Qurbanlıq bayramına on gün qalmışdan
başlayaraq ta bayram günü heyvanı kəsənədək saçından və
dırnağından heçnə almamalıdır.
Vacib ibadətləri yerinə
yetirməkdən əlavə: