Döyüş vaxtı müsəlmanın ən böyük silahı tək Allaha dua etməkdir, heç kimi və heç nəyi ona tay tutmadan Allaha yönəlməkdir, ondan bağışlanma diləməkdir. Allahın izni ilə, tarix boyu dəfələrlə sayı az olanlar sayı çox olanlara qalib gəlmişlər. Kim xoş gündə Allahı unutmayıbsa, çətin gündə Allah onu köməksiz buraxmaz.
Cəbhədə vuruşanlara Allah kömək olsun, onları düşmənə qarşı sabitqədəm etsin, ölənlərə Allah rəhmət eləsin, onları şəhid kimi qəbul etsin. Ölkə başçımıza bu məsuliyyətli günlərdə Allah yardım etsin və onu özünün razı qaldığı, müsəlmanlara faydalı olan işlərə müvəffəq etsin. Allah onu və ölkəmizi qorusun. Allah bütün müsəlmanları tək Allaha ibadətlə, tövhidlə, islamla izzətləndirsin. Müsəlmanların sözünü haqq üzərində birləşdirsin.
Seymur Camal selef.info

15.07.2020   
21.11.1441