13.06.2020

Ramazan

Ramazan


Hər bir müsəlmana bu ayın məkanı məlumdur. Hamı bilir ki, bu islam dininin dördüncü rüknudur. Hər bir müsəlman qadın və kişiyə vacibdir. Bəzi insanlar bu ayda görülməli olan işlərə səhlənkar yanaşırlar.


 Halbuki onlara yaraşan odur ki, əmr olunanları yerinə yetirməyə can atsınlar. Ən əzəmətli əmr olunan şey tövhiddir. Dini Allaha aid edərək, ixlasla yerinə yetirməkdir.
 Tövhiddən sonra ən əzəmətli vacibat namazları vaxtında qılmaqdır. Həmçinin bununla yanaşı Allahın qadağan etdiklərindən uzaq durmalıdır.
Allahın ən böyük qadağası şirkdir. Sonra isə böyük və kiçik günahlardır, bidətlərdir. Müsəlman kəs öz nəfsini qorumalıdır. Onu Allahın sevdiyi və razı qaldığı işlərə yönəltməli, Allahın qəzəbləndiyi işlərdən isə uzaq tutmalıdır.
 Öz vaxtını dünya və axirəti üçün faydalı olan şeylərlə keçirməlidir. Belə etmək hər bir müsəlman kişi və qadına vacibdir. Həmçinin Allahın kitabını oxumaqla, namaz, sədəqə, quhum-əqrabanı ziyarət etmək növlərindən olan nafilə ibadətləri artırmaqla bu aydan istifadə etməsi tövsiyyə olunur.
 Əslinlə bunları etmək bütün ömür boyu, hər gün tələb olunsada, Ramazanda xüsusi ilə tövsiyyə olunur. Çünki bu ayın Allah qatında xüsusi məkanı, qədir-qiyməti vardır.
 Allah Ramazan orucundan başqa orucları hər kəsə vacib etməmişdir. Ramazan orucu hər bir müsəlman kişi və qadınlara vacib edilmişdir.
 Amma digər hallarda nəzir deməklə, kəffarə ödəməklə isə oruc xüsusi şəxslərə vacib ola bilər. Hələlik deyəcəyim bunlardır.
Allah Şeyx Ubeydin qorusun, ona bərəkət versin, bizləri onun elmindən faydalanmağa müvəffəq etsin.

Tərcümə etdi: Seymur Camal