13.06.2020

Etikaf haqqında sual-cavablar

Etikaf barədə sual-cavab:

 Etikaf nədir? 

Cavab: Etikaf xüsusi günlərdə Allaha itaət niyyəti məscidə çəkilməyə deyilir. Şeyx Muhamməd ibn Hədi Mədxali (Allah onu qorusun). 

Həmin xüsusi günlər hansılardır?

Cavab: Həmin xüsusi günlər Ramazanın son on günləridir. Çünki Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) bu günlərdə etikaf edərdi və Qədr gedəsini bu gecələrdə axtarardı. Şeyx İbn Useymin (rahiməhullah).

Etikafın şərtləri hansılardır?

 Cavab: niyyət etmək, müsəlman olmaq, ağıl sahibi olmaq, təmyiz, qüslu gərəkdirən əməllərdən uzaq olmaq, məsciddə qalmaq (camaat namazı qılınan məscid olsun).
Şeyx Fovzan (Allah onu qorusun).

 Etikafı pozan şeylər hansılardır?

 Cavab: Məsciddən üzrsüz yerə çıxmaq vəya çıxmağa niyyət etmək, cinsi əlaqədə olmaq, cinsi əlaqədə olmasa belə məni çıxmasına səbəb olan əməllər etmək, islam dinindən çıxmaq, mürtəd olmaq, sərxoş olmaq. Şeyx Fovzan (Allah onu qorusun).

 Etikafda məsciddən çıxmaq üçün üzrlü səbəblər hansılardır? 

Cavab: Ayaqyoluna getmək, vacib olan təmizlik: dəstəmaz, qüsl almaq, heç kimi yoxdursa yemək dalınca çıxmaq, əgər həmin məsciddə cümə qılınmırsa cümə qılınan yerə gedib-qayıtmaq və digər üzrlü səbəblər. Şeyx Fovzan (Allah onu qorusun).

Etikafda məqsəd nədir, vaxt necə keçirilməlidir?

 Cavab: Etikafda məqsəd Allaha ibadət üçün təkliyə çəkilməkdir, insanlarla əlaqəni kəsib Xaliq ilə bir olmaqdır. Etikafa girən şəxs öz vaxtını namazla, zikrlə, Quran oxumaqla, öz nəfsini hesaba çəkməklə və digər ibadətlərlə keçirməlidir. Şeyx Muhamməd ibn Hədi Mədxali (Allah onu qorusun).

Etikafa girmək istəyən şəxs ayın neçəsindən başlaya bilər? 

Cavab: Etikafa girmək istəyən şəxs Ramazanın iyirmi birinci gününün fəcrindən sonra girir. Ramazanın bayramı elan olunanda isə etikafdan çıxması icazəlidir. (Yəni axırıncı günün məğribindən sonra qurtarır). Şeyx Muhamməd ibn Hədi Mədxali (Allah onu qorusun).

Etikaf etməyin hökmü nədir? 

Cavab: Hökmü sünnədir. (Lakin əgər münasib imkan varsa təkidlə tövsiyyə olunan əməllərdəndir). Şeyx İbn Useymin (rahiməhullah).

 Etikaf edən şəxs elmi dərslərdə iştirak edə bilərmi? 

Cavab: Bəli, iştirak edə bilər. Amma şərt odur ki, bu iş çox uzun çəkərək onu etikafdan yayındırmasın. Yəni dərslərdə çox otursa, sonra kitablarda araşdırma aparsa bu iş ondan çox vaxt aparacaq. Etikafda isə əsas əməllər Quran oxumaq, həyatını gözdən keçirərək, nəfsini hesaba çəkmək, zikr etmək və digər əməllərdir. Şeyx İbn Useymin (rahiməhullah).

Etikafda olan şəxsin yanına dost-tanışları gəlib baş çəkə bilərlərmi? 

Cavab: Bəli, gündə təminən yarım saat qədər öz yoldaşları ilə söhbələşərək vaxt keçirə bilər. Amma səhərdən-axşama qədər söhbətdə keçirmək isə doğru deyildir. Şeyx İbn Useymin və Şeyx Muhamməd ibn Hədi Mədxali (Allah şeyx Useyminə rəhm etsin, Şeyx Muhammədi qorusun).

 Üzrlü səbəb görə oruc tuta bilməyən kəs etikaf edə bilərmi?

Cavab: Bəli, etikaf üçün oruc şərt deyil. Şeyx Fovzan (Allah onu qorusun). 

Toplamaq və tərcümə: Seymur Camal